İdman

Ronaldu antirekordunu təkrarladı

7 İyun 2026 18:38
Baxış: 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kriştianu Ronaldu son iki ildə ilk dəfədir ki, Portuqaliya millisinin heyətində ardıcıl iki oyunda qol vura bilmir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iyunun 6-da Portuqaliya yığmasının Çili millisinə qarşı keçirdiyi matçda (2:1) komandanın kapitanı Ronaldu qolsuz seriyasını uzadıb.

Ulduz portuqaliyalı yoldaşlıq oyununda fərqlənə bilməyib, bu isə o deməkdir ki, Ronaldu ardıcıl iki oyunda və son dörd görüşün üçündə qol vura bilməyib.

Xatırladaq ki, Ronaldu daha əvvəl ardıcıl beş matçda rəqib qapılarına yol tapa bilməmişdi - o, bu uğursuz göstəriciyə Avro-2024-də imza atmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.