İdman

“Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı

20 May 2026 16:05
Baxış: 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ" Qurban Qurbanovun intizamsızlığa görə əvəzedici heyətə göndərdiyi Elvin Cəfərquliyevi satmaq istəyir.

Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun agenti Tural Əsgərov məlumat verib. 

O bildirib ki, E.Cəfərquliyev Ağdam klubundan ayrılmaq ehtimalı böyükdür:

"Qarabağ" onun transferə çıxarılmasına razılıq verdi və biz bu barədə başqa klublarla danışıqlar aparırıq. Amma hazırda razılaşdığı və ya anlaşdığı heç bir klub yoxdur. Əgər hər hansısa klubla razılığa gəlsək, "Qarabağ"la da transfer məbləğində anlaşsaq, bu keçid baş tutacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.