İdman

Premyer Liqada böyük mübahisə: “Neftçi” – “Qarabağ” matçı təxirə salınır?

6 Fevral 2026 09:38
Baxış: 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Qarabağ" matçının təxirə salınması ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, bu dəfə qaPremyer Liqada böyük mübahisə: "Neftçi" - "Qarabağ" matçı təxirə salınır?rşılaşmanın təxirə salınma ehtimalı olduqca yüksəkdir.

Oyunun təxirə salınma təklifi ilə əvvəldən razılaşmayan "Neftçi" artıq məlumatlandırılıb. Matçın təxirə salınması ilə bağlı məlumatın Peşəkar Futbol Liqası tərəfindən tezliklə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün "Neftçi" ilə matçın təxirə salınması istəmiş, bununla bağlı PFL-ə müraciət etmişdi.

PFL isə öz növbəsində razılıq üçün "Neftçi"yə müraciət etsə də, bakılılar Ağdam təmsilçisinin təklifi ilə razılaşmamışdı. Sözügedən məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.