İdman

"Liverpul" 100 milyonluq oyunçu alacaq

6 Fevral 2026 09:14
Baxış: 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Aston Villa" ötən il Morqan Rocerslə müqaviləni 2031-ci ilin yayına qədər uzatsa da, "Liverpul" gənc futbolçunun transferindən vaz keçmir.

Milli.Az xarici KİV-ə istinadla xəbər verir ki, mersisaydlılar 23 yaşlı ingilis futbolçunu yaxından izləyir. Bildirilir ki, "Liverpul" Rocers üçün təxminən 100 milyon funt sterlinq dəyərində təklif irəli sürə bilər. Futbolçunun 2026-cı ilin yayında klubdan ayrılma ehtimalı da istisna edilmir.

Buna baxmayaraq, "Aston Villa" rəhbərliyi Rocersin komandada qalacağına və karyerasını Birminhem təmsilçisində davam etdirəcəyinə ümid edir.

Qeyd edək ki, Morqan Rocers bu mövsüm Premyer Liqada 24 oyuna çıxaraq 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Aston Villa" ilə mövcud müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.