İdman

“Turan Tovuz” “Kəpəz”i minimal hesabla məğlub etdi

5 Fevral 2026 22:20
Baxış: 238
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan Qərb derbisində "Turan Tovuz" öz meydanında "Kəpəz"i qəbul edib.

Milli.Az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan gərgin qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Oyunun taleyini həll edən yeganə qol 57-ci dəqiqədə vurulub. Tovuzluların heyətində Hayderson Hurtado rəqib qapısına yol taparaq komandasına vacib üstünlük qazandırıb.

Bu qələbə ilə "Turan Tovuz" martın 3-də Gəncədə keçiriləcək cavab oyunu öncəsi əhəmiyyətli üstünlük əldə edib.

Qeyd edək ki, günün digər matçında "Şamaxı" öz meydanında gözlənilmədən "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edərək mərhələnin ən böyük sürprizinə imza atıb.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.