İdman

“Fan Forum” Bakıda Formula 1 həvəskarlarına həyacan dolu anlar yaşatdı - FOTO

20 Sentyabr 2025 15:05
Baxış: 204
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində azarkeşlərin ən çox səbirsizliklə gözlədiyi tədbirlərdən biri - Fan Forum bu gün Dənizkənarı Bulvarın möhtəşəm atmosferində baş tutdu.

Milli.Az xəbər verir ki, xüsusi olaraq qurulan səhnədə dünya şöhrətli Formula 1 pilotları azarkeşlərlə görüşərək unudulmaz atmosfer yaratdılar.

Pilotların səhnəyə çıxışı gur alqışlarla qarşılandı, fanatlar isə onlara suallar ünvanladı, avtoqraflar topladı və xatirə şəkilləri ilə yarış həftəsinin həyəcanını əbədiləşdirdi.

Səmimi ünsiyyət formatında təşkil olunan görüş azarkeşlərə sevimli sürücülərini daha yaxından tanımaq, onların yarışla bağlı təəssüratlarını birbaşa dinləmək imkanı verdi. Bu, həm yerli, həm də xarici fanatlar üçün unikal bir təcrübə oldu.

Bu günkü forumda Haas, Ferrari, Alpine, Red Bull Racing və Mercedes komandalarının pilotları səhnəyə çıxaraq coşqu dolu enerji ilə Fan Zonaya həyat verdilər. Onların iştirakı Bakı tamaşaçıları ilə Formula 1 dünyası arasında daha da möhkəm bağ yaratdı.

Fan Forum yarış həftəsinin həyəcanını daha da artıraraq azarkeşlərə əsl Formula 1 festivalı yaşadıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.