İdman

“Barselona” hücum xəttini ulduz futbolçu ilə gücləndirdi

19 İyul 2025 19:36
Baxış: 355
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Mançester Yunayted"in futbolçusu Markus Reşfordun yeni klubu məlum olmaq üzrədir.

Milli.Az xəbər verir ki, "Barselona" ingilis hücumçunun keçidini tamamlayıb. Katalon klubu hazırda "qırmızı şeytanlar"la satınalma şərti ilə icarəyə götürmək üçün son danışıqları aparır. 

Bu barədə "The Athletic" və insayder Fabritsio Romano məlumat yayıb.

Reşford 2016-cı ildən "Mançester Yunayted"də çıxış edir. O, başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib.

27 yaşlı futbolçunun transfer dönəminin əvvəlindən bəri tək istəyi "Barselona"da çıxış etmək idi.

O, bu yay Xoan Qarsiyadan sonra "blauqrana"nın əsas komandaya ikinci transferi olacaq.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.