İdman

"Barselona"nın ulduzu da Azərbaycanla bağlı məşhur trendə qoşuldu - VİDEO

7 İyul 2025 18:00
Baxış: 1 732
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Barselona" klubunun keçmiş kapitanı və futbol əfsanəsi Karles Puyol sosial şəbəkələrdə məşhurlaşan "Çay verərsən?" trendinə qoşulub.

Milli.Az xəbər verir ki, məşhur türk aşpazı CZN Burak (Burak Özdemir) trendə çevrilən videonu bu dəfə Karles Puyol ilə birlikdə çəkərək Instagram hesabında paylaşıb.

Qısa zamanda böyük marağa səbəb olan video dörd milyon baxış və 260 min bəyəni toplayıb.

Xatırladaq ki, Karles Puyol futbolçu karyerasına 1995-ci ildə "Barselona" klubunda başlayıb və 2014-cü ilədək bu komandaya sadiq qalıb. O, həm klubun, həm də dünya futbolunun simvolik müdafiəçilərindən biri hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.