Ölkə

Abşeronun bəzi ərazilərində işıq olmayacaq

24 Dekabr 2025 12:53
Baxış: 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeronda təmir işləri ilə əlaqədar bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Milli.Az-a verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 24 dekabr tarixində 35 kV-luq "Pirəkəşkül-Cəngi" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:00-dan saat 15:00-dək Cəngi, Çaylı və Qobustan kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.