İdman

Ronaldodan qəribə hərəkətlər - VİDEO

1 May 2025 11:42
Baxış: 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl Nəssr" klubu Asiya Çempionlar Liqasının yarımfinal mərhələsində məğlubiyyətlə turnirdən kənarlaşdırılıb. Komanda öz meydanında Yaponiyanın "Kawasaki Frontale" klubuna 2:3 hesabı ilə uduzub.

Milli.Az xəbər verir ki, uğursuzluqdan sonra Kriştiano Ronaldonun davranışları sosial şəbəkələrdə və mətbuatda geniş müzakirələrə səbəb olub.

Belə ki, oyunun son dəqiqələrində əsəbini gizlədə bilməyən portuqaliyalı ulduz özü ilə əl-qol jestləri edərək, sanki daxili mübahisə yaşayıb. Ronaldo matçdan sonra başını aşağı salaraq paltardəyişmə otağına yollanıb və heç bir açıqlama verməyib.

Qeyd edək ki, bu qələbə ilə Yapon təmsilçisi finala vəsiqə qazanıb və mayın 3-də keçiriləcək həlledici oyunda Türkiyə millisinin üzvü Merih Demiralın formasını geyindiyi "Əl Əhli" ilə qarşılaşacaq.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.