Dünya

Axtarışa verilən qadının FOTOsu müzakirə yaratdı - Polislər yayıb

1 May 2025 09:50
Baxış: 1 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polisin axtarışa verdiyi qadının fotosu müzakirələrə yol açıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Nyu-York polisinin axtarışa verdiyi qadının açıq-saçıq geyimli fotosu birmənalı qarşılanmayıb.

Nyu-Yorkda qadın soyğunçu Lucie Lora axtarışa verilərək həftənin ən çox müzakirə olunan adamına çevrilib. Buna səbəb onun dekolteli fotosudur.

34 yaşlı Lora qardaşının keçmiş nişanlısının üzüyünü oğurlamağa cəhd etdiyi üçün axtarışdadır. Polis onun axtarış posterində cəlbedici fotodan istifadə edib və bu görüntü sosial şəbəkələrdə yayılıb.

İttihama görə, Lora qardaşı Carlos Lora Diaza qadının üzüyünü zorla almağı tapşırıb. Hücum zamanı qadının baş barmağı xəsarət alıb. Hadisə Cekson Heytsdə mənzildə baş verib.

Polis hələ Loranın fotosunun haradan götürüldüyünü və qardaşının keçmiş cinayətlərini açıqlamayıb.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.