İdman

Mayk Tayson xəstəliyə tutuldu

18 Fevral 2025 14:21
Baxış: 1 486
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson parkinson xəstəliyinə tutulub.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış yutuber Ceyk Pol məlumat verib.

Bloqer 59 yaşlı "Dəmir Mayk" ləqəbli boksçunun yaddaş itkisindən əziyyət çəkdiyini, ötən il noyabrın 16-da keçirdikləri döyüşdən öncə dərman qəbul etdiyini və uzun müddətdir müalicə aldığını iddia edib.

M.Taysonun kumiri, məşhur mərhum boksçu Məhəmməd Əli də eyni xəstəlikdən əziyyət çəkdiyi üçün karyerasını başa vurmuşdu.

Qeyd edək ki, boksçular arasında keçirilən qarşılaşma C.Polun qələbəsi ilə yekunlaşıb. Görüş bu günə qədər ən çox izlənilən idman hadisəsi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.