ABŞ-nin "İnter Mayami" komandasının argentinalı hücumçusu Lionel Messi kimi bütün dövrlərin ən yaxşı futbolçusu hesab etdiyini açıqlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Messi braziliyalı Ronaldunu tarixdə ən yaxşı futbolçu sayır.
Messi deyib: "Ronaldu fenomen idi. O, mənim üçün gördüyüm bütün oyunçulardan ən yaxşısı idi. Ona hansı tərəfdən baxsan, heyrətamiz futbolçudur".
Qeyd edək ki, karyerasını 2011-ci ildə tamamlayan Ronaldu ikiqat dünya çempionudur.
Milli.Az