İdman

Dünya ulduzu "Fənərbağça"ya "hə" desə, bu qədər qazanacaq

31 Dekabr 2024 09:12
Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça" "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyneyə vergilərsiz, həftəlik 250 min funt-sterlinq maaş təklif etməyə hazırdır.

Milli.Az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Siti" belçikalı futbolçu ilə gələn ilin yayında başa çatacaq müqavilənin daha bir il uzadılmasını istisna etmir. Lakin bunun üçün o, hələ də yüksək oyun nümayiş etdirməyə qadir olduğunu sübut etməlidir.

33 yaşlı De Bruyne ilə "Fənərbağça"dan başqa, MLS və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.

Bu mövsüm De Bruyne bütün yarışlarda 16 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. /Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.