İdman

"Ondan bu cür səhv gözləmirdim" - Yenilənib

29 Noyabr 2024 07:05
Baxış: 2 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

07:05

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Lion"a 1:4 hesabı ulə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.

Milli.Az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun barədə fikirlərini səsləndirib:

"Hesab üzücü görünür. Amma ümumən ikinci hissənin ortalarında komandada boşluqlar yarandı. Sürətli hücumların qarşısını ala bilmədik. Amma, oyundan razı qaldım. Baxmayaraq ki, futbolçular bilirdilər ki, rəqib güclüdür, bununla da oyunçularım risklərə getdi. Hesab oyuna görə deyildi. Qarşıdakı oyunlara hazırlaşmalıyıq". 

- Yaradılan və buraxılan qol epizodlarını nəzər alsaq, bu bəxtsizlikdir yoxsa, ustalıq? 

- Bəxtsizlik ifadəsini çox az işlədirəm. İki epizod var ki, top dirəkdən döndü, bilmirəm buna nə demək olar. Amma qəbul etməliyik ki, rəqibin ustalığı var idi. Onlar ilboyu bu tempdə oynayırlar. 

- 67-ci qiqədə 3 dəyişiklik etdiniz. Və 2 qol buraxdıq. Bu futbolçulara mənfi təsir etdi? 

- Dəyişiklik etmək mənfi haldır. Amma biz sürəti qaldırmalıydıq. Müdafiədə də buna ehtiyac var idi. Rəqib də bundan çox istifadə etdi. Bəzi oyunçuların yüklənməsi də var. Texniki səhv də oldu. Onlar usta komandadır, ona görə də 3-cü qolu vurdu. Bu gün bəlkə də məğlub olmalıydıq.

- Üç oyunumuz qalıb. Pley-off-a çıxmaq şansımızı necə dəyərləndirisiz? 

-Şanslar hələ qalıb. Oyunları görürsünüz, rəqiblərimiz bizə daha ciddi yanaşırlar. Həm də futbolun dinamikası həddindən artıq yüksəkdir, bunu etiraf etməliyik. Amma hər bir halda Avropa futbolunun üstünlüyünü qəbul etməliyik. Çempionat oyunlarında olan problemlər də ölkə futboluna təsir edir. Amma bizim daha yaxşı oyunlarımız olub. Bunu məğlubiyyətimizə səbəb kimi göstərmirəm, onların ustalıq səviyyəsi gündən-günə yaxşılaşır. Sona kimi mübarizə aparacağıq.

- Juninyonun bu gün performansından razı idiz? Və Yassin Benzianın əvəzləməyinizin səbəbi nə idi? 

- Juninyodan razı qalmadım desəm, düz çıxmaz. O, hər oyunda eyni tempdə oynaya bilməz. Hər bir halda penalti heç, 4 qol epizodu yaratdı. Bir hücumçu üçün belə komandaya qarşı bu performans az deyil. Ümumən əsl hücumçu kimi oynadı. Belə rəqibə qarşı daha hərəkətli olmaq lazımdır. Benziaya gəldikdə, oyunun gedişatına görə əvəzlənmə etdik. 

- Hər məğlubiyyətdən sonra oyunçulardan razı qaldığınızı deyirsiniz. Bu tip məğlubiyyətlərdən sonra siz onları danlayırsınız? Və ya hər hansı cəza tətbiq edilirmi? Futbolçuların silkələnməsi lazımdır? 

- Biz fərqli gözlə baxırıq. O qədər detallar var ki, futbolla bağlı. Ancaq mən bir məşqçi kimi desəm, düzgün çıxmaz. Onlardan narazı olduğum hallar çox olub. Bildirmişəm də, bu bizim işimizim bir hissəsidir. Bu oyunda mən onlardan narazı deyiləm. Çünki heç nə bitməyib. Narazılığın da bir həddi var. Yeri gələndə mən də özümü cəzalandırmışam. Lazım olanda etirazımızı bildiririk. Mən oyunçularıma bəzən təşəkkür edirəm ki, bu tempi qoruyub saxlayırlar. Bizim rəqiblərimiz güclü çempionatlardan gəlirlər, bu mənim oyunçularımı da həyəcanlandırır. Nəticədə onlar çəkinmədən mübarizə aparırlar.  

- Medina meydanda canını qoyur, amma səhvləri də olur. Bu haqda nə düşünürsüz? 

- Ola bilsin, bəzən diqqətsizlik yaranır. Futbolçunun həddindən artıq aqressiv olması buna gətirib çıxarır. İstəkli yanaşır oyuna. 100 faiz oyuna hazırlaşırsa, səhvləri də olacaq. Amma buna rəqib də məcbur edir.

---------
00:27


Hesab oyuna görə olmadı.

Milli.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Fransanın "Lion" komandasına qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

"Azakeşlərimizə təşəkkür edirəm. Soyuq havada komandamıza dəstək oldular. Oyuna gəlincə, hesab üzücü oldu. Futbol bu cür səhvləri bağışlamır. Xüsusi ilə ikinci qol zamanı Kevin Medinadan bu cür səhv gözləmirdik. Buraxılan qola görə Medinaya hər hansısa iradım yoxdu. Çünki texniki səhv idi. Həqiqətən futbolçularımdan razı qaldım. Çünki hər iki hissədə qol imkanlarımız oldu. Hesab oyuna görə olmadı".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ" evdə "Lion"a 1:4 hesabı ilə məğlub olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.