İdman

Vinisiusdan qalmaqallı açıqlama - Nazir işə qarışdı

7 Sentyabr 2024 10:46
Baxış: 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in hücumçusu Vinisius Junior İspaniyada irqçilik problemi həll olunmadığı təqdirdə, bu ölkənin 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi hüququndan məhrum edilməli olduğunu deyib.  

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska dərhal Vinisiusun sözlərinə reaksiya verib.

"Onu deyə bilərəm ki, müxtəlifliyə hörmət bizim DNT-mizin bir hissəsidir. Buna görə biz istənilən ayrı-seçkiliyə qarşı effektiv və birbaşa mübarizə aparırıq. Bu, İspaniya hökumətinin və Daxili İşlər Nazirliyinin prioritetlərindən biridir. Bizim idman sahəsində narahatlıqlarımız var və bu yöndə mübarizəmizi davam etdiririk", - nazir bildirib.

Qeyd edək ki, braziliyalı vinger İspaniyada bir neçə dəfə irqçiliklə üzləşib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.