"Real Madrid"in hücumçusu Vinisius Junior İspaniyada irqçilik problemi həll olunmadığı təqdirdə, bu ölkənin 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi hüququndan məhrum edilməli olduğunu deyib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska dərhal Vinisiusun sözlərinə reaksiya verib.
"Onu deyə bilərəm ki, müxtəlifliyə hörmət bizim DNT-mizin bir hissəsidir. Buna görə biz istənilən ayrı-seçkiliyə qarşı effektiv və birbaşa mübarizə aparırıq. Bu, İspaniya hökumətinin və Daxili İşlər Nazirliyinin prioritetlərindən biridir. Bizim idman sahəsində narahatlıqlarımız var və bu yöndə mübarizəmizi davam etdiririk", - nazir bildirib.
Qeyd edək ki, braziliyalı vinger İspaniyada bir neçə dəfə irqçiliklə üzləşib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun