İdman

“Qarabağ”ın mərhələni keçmək şansı yoxdur - Tanınmış mütəxəssis

28 Avqust 2024 16:54
Baxış: 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Dinamo" ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu rəqibinə qarşı geridönüş etməyi bacarsa, həmin turnirin liqa mərhələsinə yüksələcək. Əks halda isə Avropa Liqasında liqa raundunda mübarizə aparacaq. 

Bəs görəsən, təmsilçimizin növbəti mərhələyə adlama şansı nə qədərdir?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Aut.az saytının baş redaktoru, tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, "Qarabağ"ın bu dəfə geridönüş edə biləcəyi inandırıcı görünmür:  aptek depo

"Sözün düzü, "Dinamo" ilə cavab matçı üçün o qədər də nikbin deyiləm. Bilirsiniz, Zaqreb "Dinamo"su çox möhkəm komandadır. Bu səviyyədə olan klublar 3:0-lıq üstünlüyü əldən verməzlər. Bu oyunu "Ludoqorets"lə qarşılaşma ilə müqayisə edə bilmərik. O oyunda "Qarabağ" cəmisi bir top fərqilə məğlub olmuşdu. Burada isə fərq 3 topdur. Demək olar ki, eyni səviyyəli komandaların mübarizəsində bu fərqi aradan qaldırmaq mümkünsüzdür. "Qarabağ" bu mübarizəni səfərdə uduzdu: yaratdığı saysız-hesabsız imkanların heç birindən yararlana bilməməklə. Bakıda çox çətin olacaq. "Qarabağ" hücum edəcək, "Dinamo" "avtobus" quracaq. Deməli, "köhlən atlar" həm də boşluqlar verəcəklər. "Dinamo" da sürətli əks-hücumlar etməyi bacaran komandadır. Üstəlik, heyətdə də ciddi itiklər, zədəli və cəzalı futbolçular var". 

Natiq Muxtarlı möcüzənin də istisna olmadığını qeyd edib: 

"Reallığı nəzərə alsaq, "Qarabağ"ın mərhələni keçmək şansının olmadığını deməliyik. Amma bu futboldur. Möcüzə ola bilərmi? Olar. O halda ki, Zaqrebdəki ssenari yenə təkrarlansın. Amma bu dəfə "Qarabağ" yaratdığı bütün imkanlardan yararlansın, "Dinamo" isə şanslarını boşa versin. Ümid edək ki, "Qarabağ" bizi növbəti dəfə təəccübləndirəcək, bədbinliyimizə görə möhtəşəm qələbə ilə "cəzalandıracaq".  

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.