İdman

"Qarabağ" bunu etsə, pley-offu keçəcək - Mircavadov

21 Avqust 2024 14:19
Baxış: 1 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" və Xorvatiyanın "Dinamo" komandaları üz-üzə gəlib. Zaqrebdə yerləşən "Maksimir" stadionunda keçirilən qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Dinamo"nun heyətində Marko Pyasa və Sandro Kulenoviç (2 qol) fərqləniblər. Komandalar arasında cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az xəbər verir ki, oyunu Modern.az-a şərh edən futbol mütəxəssisi Ağasəlim Mircavadov bildirib ki, dünənki qarşılamada "Qarabağ" oynayıb, "Dinamo" isə qalib gəlib:

"Mən hələ heç bir Avropa Klublarının bir-biri ilə oynayıb bu qədər qol vəziyyəti yaratdığına və ondan istifadə etmədiyinə şahidlik etməmişəm. Dünən "Qarabağ" yenə də öz oyununu oynayırdı. Bu, sevindirici haldır. Amma qol vəziyyətlərindən istifadə edə bilməyəndə səhvlər də olur. Rəqib birinci və ikinci qolları sol və sağ cinahdakı pozisiya səhvlərimizdən istifadə edərək vurdu. Deməzdim ki, "Dinamo" klubu çox güclü komandadır . Mən deyərdim ki, ortabab, işləyən klubdur. Dünən rəqibin kapitanı Petroviçin oyunda hərəkətləri az idi. Oyun zamanı "Qarabağ" onlara imkan vermirdi. Oyuna baxmayıb hesabı bilən insanlar elə başa düşərlər ki, rəqib böyük üstünlüyə malikdir. Xeyr, belə deyil. Mən deyərdim ki, "Qarabağ" qol vəziyyətlərinə, oyun prinsiplərinə görə daha üstün idi. Sadəcə olaraq, Avropa Klubları ilə onyayan komandalarla qarşılaşanda imkan dərəcəsində qol vəziyyətlərindən istifadə etməlisən. 3:0 hesabı böyük fərqdir. Amma onlar yenə də eyni tərzdə, yəni müdafiədə oynayacaqlar. Mən rəqibin öz meydanında pressinq etməməsinə məəttəl qaldım. Bu da "Qarabağ" üçün əlverişli idi. Həmin oyun 1 həftədən sonra təkrarlanacaq".

Ağasəlim Mircavadzadə cavab qarşılaşmasında "Qarabağ"ın qalib gələcəyinə inandığını söyləyib:

"Şans həmişə var. Düşünürəm ki, cavab qarşılaşmasında oyunu hər 15 dəqiqəyə bölmək lazımdır. Əsas birinci 15 dəqiqədə imkan daxilində vəziyyət yaradıb qol vurmaq lazımdır. Qol vurduqda onlar ümidlə açılacaqlar. İkinci qol vurduqda, aydın məsələdir ki, rəqib hücuma keçəcək və boşluqlar olacaq. Həmin boşluqlardan istifadə etmək lazımdır. Hazırda məşqçi korpusu öz işini bilir. Növbəti qarşılaşmada da eyni tərz oyun olacaq. Birinci azerkeş inanmalı və stadiona gəlməli, 12-ci oyunçu olmalıdır. Oyunçular öz işlərini görəcəklər. Mənim qələbəyə inamım var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.