Paris-2024 Yay Olimpiya Oyunlarından sonra qrup hərəkətləri üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik ola bilər.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu komandanın baş məşqçisi Siyana Vasilyeva da təsdiqləyib.
O, bəzi qızlarla müzakirələrdən sonra qərar veriləcəyini deyib: "Hələlik qızlarla danışmamışıq, onlar yığmadakı karyerasını başa vuracaq, ya yox. Növbəti Olimpiadaya hazırlığa köklənəcəyik. Gimnastlar yorulub, bir az istirahət etdikdən sonra yekun qərar veriləcək. Əgər heyətin yarısı karyerasını başa vurarsa, bizim ikinci komandada hazır idmançılarımız var. Ona görə də biz dəyişikliyə hazırıq".
Qeyd edək ki, Güllü Ağalarzadədən başqa, digər idmançılar Parisdə 2-ci dəfə olimpiadada iştirak ediblər. Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət "beşlik" final mərhələsində 5-ci yeri tutub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun