İngiltərənin "Mançester Yunayted" klubunun və İspaniya yığmasının keçmiş qapıçısı David de Xea İtaliya təmsilçisi "Fiorentina"ya keçəcək.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ötən ilin yayında "Mançester Yunayted"dən ayrıldıqdan sonra komandasız qalan qolkiper yaxın günlərdə Florensiya klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayacaq.
Həmçinin sözləşməyə "1+1" şərti də daxil ediləcək.
Qeyd edək ki, de Xea "Mançester Yunayted"lə yanaşı, "Atletiko Madrid"in da formasını geyinib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun