Argentina millisinin ulduz futbolçusu Anxel Di Maria seçmə komandadakı karyerasını bitirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, futbolçu görüş başa çatdıqdan sonra göz yaşlarına hakim ola bilməyib və azarkeşlərlə vidalaşıb.
Ulduz futbolçu Argentina seçməsinin forması ilə həm dünya çempionu, həm də Amerika Kubokunun qalibi adına yiyələnib.
Qeyd edək ki, Argentina və Kolumbiya arasında keçirilən görüş nominal meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun