İdman

Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərdi - FOTO

2 İyul 2024 15:24
Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı tanınmış veteran boksçu Mayk Tayson futbol üzrə Türkiyə millisinə hədiyyə göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avropa çempionatında Avstriya ilə keçiriləcək matçda "ay-ulduzlular"a azarkeşlik edəcəyini bildirən 59 yaşlı idmançı üzərində Türkiyə bayrağı olan imzalı boks əlcəklərini komandaya hədiyyə edib.

Türkiyə millisinin futbolçuları Hakan Çalhanoğlu, Arda Gülər, Kənan Yıldız və Uğurcan Çakır xüsusi hədiyyəyə görə veteran boksçuya təşəkkür ediblər.

Qeyd edək ki, Avropa çempionatının 1/8 final mərhələsində baş tutacaq Avstriya-Türkiyə oyunu bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.