İdman

İnyestanın vətənində heykəli qoyuldu

6 İyun 2024 07:44
Baxış: 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Andres İnyestanın heykəlinin açılışı olub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, heykəl futbolçunun vətəni Albasete şəhərində ucaldılıb.

Heykəl futbolçunun 2010-cu il Cənubi Afrikada keçirilən dünya çempionatında topa zərbə endirdiyi anı təsvir edir.

Həmin mundialın final görüşündə Niderland millisinə yeganə qolu vuran A. İnyesta İspaniyaya dünya çempionatının qızıl medallarını qazandırmışdı.

Qeyd edək ki, yarımmüdafiəçi hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Emireyts" klubunda çıxış edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.