Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb.
Milli.Az xəbər verir ki, himin sözləri Aydın Tağıyev, bəstəkarı Camal Qurbanovdur. İfa isə Xor, "Kingistar production"a məxsusdur.
Himnin sözlərini təqdim edirik:
"Real Aykido Marşı - Rəsmi Himni"
Qalib vətənin soydaşıyıq biz!
Gücdən güc alan igidlərik biz!
Master adımız, tükənməzik biz!
Sağlamıq, qüvvətliyik biz!
Real arzulara yaxın olun siz!
Gəlin sıramıza daim yüksələk biz...
Məşq edək, daynmadan!
Qalib olaq komandan tək usanmadan!
Yeni-yeni qələbələrə, hünərlərlə, kəmərlərlə,
Gəlin birgə addımlayaq zəfərlərə!
Azərbaycan Real Aykido İdman Klubu Beynəlxalq Real Aykido Federasiyasının Azərbaycanda yeganə rəsmi təşkilatıdır. Klubun prezidenti Fariz Abdullayev eyni zamanda Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti vəzifəsindədir. Beynəlxalq dərəcəli 5-ci DAN qara kəmər ustasıdır. Bakı və Sumqayıt ərazilərində 12 klub fəaliyyət göstərməkdədir. Hazırda 300-dən çox idmançı 9 iyun tarixində keçirilməsi nəzərdə tutulan Real Aykido özünümüdafiə sənəti üzrə "10-cu Beynəlxalq Seminar və Kəmər imtahanı" da güclərini sınayacaqlar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun