İdman

Azərbaycan komandası bürünc qazandı

5 May 2024 16:14
Baxış: 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa kubokunda bürünc medal qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 3 lent və 2 topla çıxışda fəxri kürsüdə yer alıb.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət uğurlu çıxış edərək, 29,950 bal toplayıb. Yığmamız Bolqarıstan (33,900) və İtaliyadan 33,700 geri qalıb.

Komandamız 5 halqa ilə çıxışda mükafatçılar sırasına düşə biməyib. 36,950 bal toplayan yığmamız Avropa kubokunu 4-cü pillədə başa vurub. İsrail (38,950) qızıl, İtaliya (38,050) gümüş, Bolqarıstan (37,750) bürünc medal qazanıb.

Qeyd edək ki, qrup hərəkətləri komandası çoxnövçülükdə də bürüncə sahib çıxıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.