İdman

“Çelsi”nin keçmiş baş məşqçisi “Portu”nun prezidenti oldu

28 Aprel 2024 13:34
Baxış: 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

"Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. <...> 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", - məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, Villaş-Boaş 2028-ci ilədək kluba başçılıq edəcək.

46 yaşlı mütəxəssis 2010-2011-ci illərdə "Portu"nun baş məşqçisi olub. Onun məşqçilik karyerasındakı sonuncu komandası Fransanın "Marsel"i olub. Daha öncə o, "Çelsi", "Tottenhem", "Zenit", "Şanxay Port", və "Akademika"nın sükanı arxasında olub.

Qeyd edək ki, hazırda "Portu" 62 xalla Portuqaliya çempionatının turnir cədvəlində üçüncüdür. Komanda lider "Sportinq"dən 18 xal geri qalır.

Növbəti turda "Portu" "Sportinq"lə qarşılaşacaq. Oyun bu gün, Bakı vaxtı ilə 23:30-da başlayacaq.

Xatırladaq ki, Andre Villaş-Boaş dünyanın ən reytinqli işsiz məşqçiləri siyahısında yer almışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.