İdman

"Qalatasaray"la matçı yarımçıq tərk edən "Fənər"in cəzası bəlli oldu

11 Aprel 2024 19:46
Baxış: 1 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça" futbol klubu Türkiyə Superkubokunda texniki məğlubiyyət verilib (3:0) və 4 milyon türk lirə məbləğində cərimə edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Peşəkar Futbol İntizam Şurasının qərarında bildirilib.

Məlumata əsasən, həmçinin "Qalatasaray" klubu azarkeşlərinin meydanda baş verən insidentlər və şüarlara görə "sarı-qırmızılar" ümumilikdə 212 min türk lirası məbləğində cərimələnib.

Qərarda bildirilib ki, "Fənərbağça"nın oyunçularının meydandan çıxaran Ahmet Ketenci 60 günlük həbs və 520 min türk lirası dəyərində cərimə edilib.

Bu qərarlardan sonra 2022/23 Superkubokunun sahibinin "Qalatasaray" olduğu qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.