“Kral”la 16 ildə 16 qələbə - TƏHLİL
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AFFA-nın sayca 3-cü prezidenti Rövnəq Abdullayev dünən postu ilə vidalaşıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 2008-ci il martın 14-dən bu postu tutan funksioner 5863 gün futbolumuza rəhbərlik edib.
1992-ci ildə yaradılan qurumun artıq sabiq prezidenti AFFA tarixinin yarısında bu vəzifədə olub. Assosiasiyanın 16 yaşı ərəfəsində rəhbər seçilən Abdullayev elə 16 il bu postda qalıb. Maraqlıdır, müstəqil futbolumuzun tarixinin ikinci yarısı necə keçib?
16 ildə 6 addım irəli
Futbolumuzun əsas güzgüsü milli komandadır. Azərbaycan millisi 2008-ci ilin mart ayının 12-də açıqlanan FİFA reytinqində dünyada 119-cu idi. Belə yığmaya malik olan ölkənin futbolunun başına keçən Abdullayevin dövründə millidə ciddi dəyişiklik olmayıb. Komandamız 16 ildə vur-tut 6 addım irəliləyib. Yığmamız son siyahıda 113-cüdür. AFFA-dakı təhvil-təslimdən əvvəlki son cədvəl bundan xəbər verir.
11 uğursuz cəhd
Əsas millimiz bu müddətdə 11 ciddi sınağa çıxıb. Dörd dəfə dünya, dörd dəfə Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan yığmamız Millətlər Liqasına da üç dəfə qatılıb. Komandamız 11 cəhdinin heç birində final mərhələsinə yüksəlməyi bacarmayıb. Abdullayevi ciddi uğurla sevindirməyən komanda rəsmi xarakterli turnirlərdəki 92 qarşılaşmada 16 ildə cəmi 16 qələbə qazanıb. 23 heç-heçəsi olan yığma 53 dəfə uduzub. Göründüyü kimi, milli cəmi 71 xal toplamağı bacarıb. 16 qələbədən beşi dünya, beşi qitə çempionatının seçmə mərhələsində, 6-sı Millətlər Liqasında qeydə alınıb.
Litvadan "FİFA Series"ə qədər
Əgər təkcə seçmə oyunlar və Millətlər Liqası deyil, bütün rəsmi matçları nəzərə alsaq, əsas milli 159 oyunda 37 qələbə qazanıb. Abdullayev dönəmində 44 heç-heçəsi olan yığma 78 dəfə uduzub. 2008-ci il martın 26-da Litvadakı 0:1 hesablı məğlubiyyət sabiq prezidentin bu postda izlədiyi ilk milli matçı olub. Onun vidası ərəfəsindəki finiş isə "FİFA Series" çərçivəsində Bolqarıstanla Bakıdakı bərabərlik idi - 1:1.
Əbədi bədbin sabah
Millimizin, futbolumuzun sabahı olan gənclər yığması da 16 il ərzində heç nəylə yadda qalmayıb. Abdullayev AVRO-2009-un seçmə mərhələsinin sonlarında yalnız üç matçı prezident postundan izləyib. AVRO-2025-in seçmə oyunları başa çatmamış vəzifəsindən gedib. Tam keçən 7 tsikldə isə komandamız final mərhələsinə nəinki vəsiqə qazanmayıb, heç buna yaxınlaşmayıb da. U-21 keçirdiyi 73 seçmə oyunda 12 qələbə qazanıb, 12 heç-heçə edib və 49 dəfə uduzub.
Üç sevinc
U-19 millimiz Abdullayevin prezidentliyi dövründə 15 dəfə Avropa çempionatının seçmə mərhələsinə qatılıb. Yığmamız yalnız üç dəfə birinci raundu arxada qoymağı bacarıb. Bu müddətdə 54 görüşə çıxan komanda 12 qələbə və 9 heç-heçəylə yadda qalıb. Digər 33 qarşılaşma isə məğlubiyyətlə yekunlaşıb.
Final mərhələsi görən milli
U-17 millimiz digər komandalardan fərqli final mərhələsi həyəcanı da yaşayıb. Komandamız Bakıda keçirilən turnirə birbaşa vəsiqə ilə qatılsa da, heç nəylə yadda qalmayıb. Yığma 14 seçmə mərhələdən ikisində növbəti raunda yüksəlib. 51 görüşdə 8 qələbə və 8 heç-heçəsi olan millimiz 35 dəfə uduzub.
Məğlubiyyətsiz 100 oyun
AFFA-nın 3-cü prezidentinin dövründə millilərin həm ilk, həm son oyunu U-21-in hesabına düşüb. Gənclərimiz 2008-ci il martın 25-də Bakıda İtaliyaya 0:2 hesabı ilə uduzub. 16 il 1 gün sonra isə Ukrayna Bakıda 3 cavabsız qola sevinib. Bu müddətdə əsas, U-21, U-19 və U-17 yığmaları rəsmi turnirlər çərçivəsində ümumilikdə 270 oyun keçirib. Bu qarşılaşmalarda yalnız 100 dəfə məğlubiyyətsizlik yaşanıb. 48 qələbə və 52 heç-heçəsi olan
komandalarımız 170 dəfə uduzub.
"Kral"ın və "krallığ"ın siması
Postunu tərk edərkən vida çıxışında "Kral öldü, yaşasın yeni kral" deyən Abdullayevin 16 illik "krallığı" təbii ki, təkcə bu 4 millidən ibarət deyil. Qadın futbolu, futzal, çimərlik futbolu, həmçinin digər yığmaların müxtəlif turnirləri - U-23-ün İslamiadadakı çempionluğu, hərbçilərin dünya çempionatı və bu tip irili-xırdalı yarışlar Abdullayevin "krallığı" dövrünə təsadüf edib. Üstəlik, klubların avrokuboklardakı uğurlarında da AFFA-nı qeyd etmək olar. Hər halda, müstəqil olan klubların da inkişafında çempionatın təşkili, bunun üçün məhz Abdullayevin dövründə yaradılan PFL də təsir edib. Üstəlik, əvvəl klublar, yığmalar stadion tapa bilmirdisə, indi idman qurğularının sayı klublardan çoxdur. Amma qeyd olunan bütün bu məqamlar, infrastrukturun böyük sürətlə inkişafı, digər yığmalar, klublar deyil, məhz əsas millimiz AFFA-nın, Abdullayevin "krallığı"nın siması, güzgüsüdür. U-21, U-19 və U-17 isə əsas millinin sabahı, birigünü, gələcəyidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
XƏBƏR LENTİ
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb





