"Real" iki futbolçusu ilə müqaviləni uzadacaq.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İspaniya klubu Naço və Lukas Vaskeslə yeni anlaşmanı razılaşdırıb.
Hər iki futbolçu daha bir il Madrid klubunda qalacaq. Onların yeni müqavilələrinin 2025-ci ilin yayına qədər olması nəzərdə tutulub.
Qeyd edək ki, "Real" Toni Kroosla müqaviləni də uzadacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun