“Real” iki futbolçusu ilə müqaviləni uzadacaq - FOTO

28 Mart 2024 10:36

"Real" iki futbolçusu ilə müqaviləni uzadacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İspaniya klubu Naço və Lukas Vaskeslə yeni anlaşmanı razılaşdırıb.

Hər iki futbolçu daha bir il Madrid klubunda qalacaq. Onların yeni müqavilələrinin 2025-ci ilin yayına qədər olması nəzərdə tutulub.

Qeyd edək ki, "Real" Toni Kroosla müqaviləni də uzadacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun