İdman

“Beşiktaş”ın Juninyonu alacağı barədə xəbərlərə “Qarabağ”dan münasibət

23 Mart 2024 20:52
Baxış: 1 397
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ"ın direktoru Emrah Çelikel "Beşiktaş"ın Ağdam təmsilçisinin futbolçusu Olavio Juninyonu transfer etmək üçün danışıqlara başladığı barədə xəbərlərə münasibət bildirib.

O, qol.az saytına açıqlamasında kluba bu haqda rəsmi müraciət edilmədiyini söyləyib:

"Bizdə bununla bağlı heç bir məlumat yoxdur. Ola bilər ki, menecerlər vasitəsi ilə danışıqlar gedir. Amma kluba rəsmi və ya qeyri-rəsmi müraciət daxil olmayıb. Nə menecerlər, nə də Juninyonun özü tərəfindən bizə müraciət olunmayıb.  Düzdür, bu haqda xəbərləri biz də oxuyuruq. Lakin belə bir müraciət edilməyib". 

Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın Juninyoya görə "Beşiktaş"dan 8 milyon avro istədiyi, qarşı tərəfin danışıqlara hazır olduğu bildirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.