İdman

"Qarabağ" və "Bayer 04"ün start heyətləri bəlli oldu - YENİLƏNİR

7 Mart 2024 20:56
Baxış: 1 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:56

Bakıda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Almaniyanın "Bayer 04" klubunun start heyətləri açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Qarabağ": Andrey Lunyov, Marko Veşoviç, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Toral Bayramov, Patrik Andrade, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.

Baş məşqçi: Qurban Qurbanov

"Bayer 04": Matey Kovar, Alexandro Qrimaldo, Edmond Tapsoba, Conatan Tah, Odilon Kassunu, Amin Adli,Robert Andrix, Ezekyel Palasios, Natan Tella, Borxa İqlesias, Adam Hlojek.

Baş məşqçi: Xabi Alonso

Qeyd edək ki, komandalar arasında bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə reallaşacaq.

--------

09:30

Bu gün UEFA Avropa Liqasında 1/8 finalın ilk oyunları keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu mərhələyə qədər irəliləyən Azərbaycan təmsilçisi "Qarabağ" da 1/8 finalın ilk matçına çıxacaq.

Ağdam klubu Bakıda güclü "Bayer"i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Matçı Fransadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb.

Əlavə edək ki, komandalar arasında cavab matçı martın 14-də Almaniyada keçiriləcək.

7 mart

UEFA Avropa Liqası

1/8 finalın ilk oyunu

21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya)

Hakimlər: Benoit Bastian, Hiçam Zakrani, Aurelien Bertomieu (Fransa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.