İdman

Haland 3,13 milyonluq avtomobil alır

29 Fevral 2024 18:22
Baxış: 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Erlinq Haland yeni avtomobil alacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Mançester Siti"nin norveçli hücumçusu uşaqlıq dostu Ole Ertvaaqla şərikli "Mercedes AMG One" almaq qərarına gəlib.

Bu super avtomobilin qiyməti 2,5 milyon avrodur. Lakin vergilərlə birlikdə bu rəqəm 3,13 milyona çatır.

"Mercedes AMG One" cəmi 275 ədəd istehsal olunub. Avtomobilin "Formula-1" kateqoriyalı 5 mühərriki var və 352 km/s sürət yığa bilir.

Halandın əvvəlki avtomobili "Mercedes AMG GLE"nin qiyməti 105 min avrodur. Norveçli sonradan 350 min avroluq "Rolls Royce Cullinan" hərəsi 140 min avroya alınan "Audi RS6 Avant" və "Range Rover Sport" da alıb.

Qeyd edək ki, Erlinqin dostu "HiTecVision" investisiya şirkətinin yaradıcısıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.