İdman

“Qarabağ”ın sabiq futbolçusu: “Qalatasaray”a da qalib gələ bilərik” - VİDEO

16 Fevral 2024 18:19
Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Futbolda hər bir nəticə mövcuddur. Bu mərhələdən sonra daha çətin olacaq. Şanslar 50-nin 50-yə olacaq".

Bunu "İdman.Biz" verilişinin qonağı olan "Qarabağ" və Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

51 yaşlı mütəxəssis Avropa Liqasında "Qarabağ"ın ilk matçda 4:2 hesablı qələbəsindən sonra "Braqa" səddini adlayacağını düşünür. Kərimov Azərbaycan çempionu ilə yanaşı, "Qalatasaray"ın da uğurla irəliləməsi və bir-birinə rəqib olmasını arzulayır: "Portuqaliyanın bir təmsilçisini gördük. Bundan sonra "Roma" və "Qalatasaray" var. Türklərin, qardaşlarımızın rəqib olması maraqlı olardı. Zənnimcə, biz onlara da qalib gələ bilərik. "Qarabağ" belə oyunu ilə bunu bacarar. Bu cür oyunu izləmək çox zövqlü olar".

Qeyd edək ki, "Qarabağ" "Braqa"nı mübarizədən kənarlaşdırarsa, "Qalatasaray"la qarşılaşmaq şansı yoxdur. Bu cütün qalibi 8 mümkün rəqibdən biri ilə üz-üzə gələcək. Bunlar "Vest Hem", "Brayton", "Atalanta", "Reyncers", "Liverpul", "Vilyarreal", "Slaviya" və "Bayer"dir. Azərbaycan və Türkiyə klubları pley-offdan sonra daha 1 mərhələ adlayacaqları halda, qarşılaşmaq ehtimalı var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.