İdman

Xosep Qvardiola FİFA-nı məhkəməyə vermək ideyasını dəstəkləyib

2 Yanvar 2024 05:45
Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti" nin baş məşqçisi Xosep Qvardiola futbolçuların Həmkarlar İttifaqının oyun təqviminin genişlənməsi səbəbindən FİFA-nı məhkəməyə vermək fikrini dəstəkləyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" bildirib.

"Yalnız oyunçular hər şeyi dəyişə bilər. Artıq dedim ki, matçlarımız çoxdur. Problem ondadır ki, yayda cəmi üç həftəlik məzuniyyətimiz var - bu, bərpa üçün kifayət deyil. Zədələrin sayına baxın", - "Daily Mail" ondan sitat gətirib.

"Mançester Siti" hazırda İngiltərə çempionatının turnir cədvəlində üçüncü yerdədir. Qvardiolanın komandası 19 matçda 40 xal toplayıb. "Şəhərlilər"in lider "Liverpul"dan fərqi iki xaldır.

"Mançester Siti" növbəti matçını şənbə günü, yanvarın 13-də keçirəcək. Qvardiolanın komandası Premyer Liqanın XXI turu çərçivəsində səfərdə "Nyukasl"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.