İdman

Qadın futbolçu meydana alt paltarında gəldi - VİDEO

23 Dekabr 2023 17:54
Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yaxınlarda "Nürnberq" və "Bayern" qadın komandaları üz-üzə gəlib.

Milli.Az lent.az-a istinadla bildirir ki, ikinci hissənin ortalarında Münhen klubu əvəzləmə etməli olub - meydana Culiya Qvinn daxil olmalı idi.

Hazırlıq prosesində onun yoxluğu təəccüb doğurub. Məlum olub ki, alman qadın oyun şortu geyinməyi unudub. Belə ki, şalvarını soyunmaq istəyəndə şortik geyinmədiyini və alt paltarında olduğunu görüb. Buna görə də, Culiya vəziyyəti düzəltmək üçün paltardəyişmə otağına qaçarkən dəyişdirmə bir müddət təxirə salınıb.

Qvinn 62-ci dəqiqədə meydana 1:0 hesabı ilə "Bavariya"nın xeyrinə çıxıb. Lakin on dəqiqə sonra "Nürnberq" çevrilmiş penalti sayəsində geri çəkilib.

Bu xal itkisinə görə "Bavariya" Almaniya çempionatının zirvəsinə qayıda bilməyib. Münhen komandası lider "Volfsburq"dan 1 xal geri qalır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.