İdman

Ronaldu yubiley matçında fərqləndi, komandası darmadağına sevindi

9 Dekabr 2023 09:53
Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanı Liqasının 16-cı turunun oyununda "Əl-Nəsr" "Ər-Riyad"ı qəbul edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı karyerasında 1200-cü matçına çıxan ulduz forvard Kriştianu Ronaldu açıb. Bununla da 38 yaşlı forvard keçirdiyi 15-ci matçda 16 dəfə fərqlənib.

"Əl-Nəsr"in digər qollarını Taliska (2) və Otavio vurub.

"Əl-Nəsr" 37 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider "Əl-Hilal"la arasındakı fərq 7 xaldır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.