Almaniya bundesliqasının son qalibi "Bavariya" 2022/23 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, klubun ötən mövsümkü gəliri 855 milyon avro təşkil edib. Bununla da münhenlilər "Bavariya" tarixinin rekordunu qırıb.
2018/19 mövsümündə gəlir 750 milyon avro təşkil etmişdi. Klubun xalis gəliri isə 35,7 milyon avro olub. Bu, ötən illə müqayisədə 22,4 milyon avro çoxdur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun