Zidan və Messinin gündəmi zəbt edən görüşü - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əfsanəvi futbolçu Zinəddin Zidan ABŞ-yə gedərək "İnter Mayami" klubunda çıxış edən argentinalı ulduz Lionel Messi ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, onlar kameralar önündə dialoq aparıblar.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Zidan və Messi arasındakı bu söhbət dünya futbol gündəmini zəbt edib. İki ulduz keçmişdə baş verənlərdən danışıb və bir birləri haqqında fikirlərini açıqlayıblar.
- Zidan: "Burada olmaq yuxu kimidir. Təəssüf ki, biz birlikdə oynaya bilməmişik. Gətirdiyim bu topu sənə ötürürəm. Uzun yol qət etmişəm. Səninlə futbol barədə söhbət etmək gözəldir. İnsanların əksəriyyəti bunu arzulayır".
- Messi: "Bilirsən ki, sənə heyranam. Birlikdə oturmaqdan qürur duyuram. Biz birlikdə oynamasaq da, rəqib olaraq meydanda qarşılaşmışıq. Sən futbolçu olanda da, məşqçi olanda da üz-üzə gəlmişik".
Daha sonra Lionel Messi geydiyi 10 nömrəli forma haqqında fikirlərini deyib: "Biz argentinalılar üçün 10 nömrə xüsusidir. Çünki bu nömrəli formanı görəndə ağlına ilk olaraq əfsanəvi futbolçumuz Dieqo Armando Maradona gəlir. Xəyalımız onun etdiklərini təkrarlamaqdır".
Daha sonra Zidan Messidən uşaqlarının futbol oynayıb-oynamadığını soruşub.
- Zidan: "Məncə, sənin uşaqların 10 nömrəni sevir".
- Messi: "Onlar hələ çox balacadır. Topla dribinliq etməyi sevirlər. Adətən uşaq ikən hücumda oynamaq barədə düşünürsən, qol vurub sevinirsən, onlar da elədir. Uşaqlarım bütün günü topla oynayırlar".
Zidan isə öz kumiri barədə danışıb: "Mənim kumirim uruqvaylı futbolçu Enzo Françeskolidir. Oğlanlarımdan birinə də onun şərəfinə Enzo adını vermişəm. Uruqvaylı əfsanə "Marsel"də oynayarkən ondan zövq alırdım".
Fransalı əfsanə Messiyə "Nəyi daha üstün tutardın, UEFA Çempionlar Liqasında, yoxsa dünya çempionatında qol vurmağı" deyə sual ünvanlayıb.
Messi isə bu cür cavab verib: "Təbii ki, hər ikisi önəmlidir. Amma dünya çempionatının bir ağırlığı var".
- Zidan: Elə bir oyun var ki, onu yenidən oynamaq istəyirsən?
- Messi: "Əvvəllər də demişəm ki, həyatda nə olubsa, deməli olmalı imiş. Heç bir şey üçün peşman deyiləm. Xoşbəxt anlar yaşadığım üçün şanslıyam. Lakin bəzən hədəf çatmadığım anlara üzülmüşəm. Düzdür, dünya çempionu oldum, amma yenə də 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının finalını yenidən oynamaq istəyərdim".
Dialoqun tam versiyasını videodan izləyə bilərsiniz:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
-
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
-
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
-
Antalyada Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər - (Foto)
-
Məhərrəm Müzəffərov xəstəxana direktoru təyin edildi
-
Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan videosu
-
Sabah Balakəndə qaz kəsiləcək
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - (Foto/Video)
-
Tehran öz dininə xəyanət edir
-
Pakistanda polis dəstəsinə hücum - 11 nəfər öldü, 12 yaralı var
-
Sabah yola çıxanların nəzərinə - Görünüş məsafəsi azalacaq
-
Bir balıq ovu 2 min manata başa gələ bilər
-
22 yaşlı futbolçu məşq zamanı öldü
-
Samir Bayramlı: “Ad günümə gəlmədiniz, pulu kartıma göndərin” - (Video)
-
Bu marşrutlarla gedən sərnişinlərin diqqətinə
-
Yağışlı havada hansı yeməkləri yemək lazımdır?
-
Rəqsanə qızı Yana əməliyyatdan sonra ilk dəfə – Yeni görünüşü - (Video)





