İdman

Neymarın meydana qayıdacağı tarix bilindi - Həkimi açıqladı

6 Noyabr 2023 14:29
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyalı ulduz hücumçu Neymar əməliyyatdan sonra artıq xəstəxanadan evə buraxılıb. 

Milli.Az "24news"-ə istinadən xəbər verir ki, o, bərpa prosedurunu evdə davam etdirəcək. 

Futbolçunu əməliyyat edən həkim Rodriqo Lasmar Neymarın iyunda meydana qayıda biləcəyini bildirib. Bu isə ulduz forvardın yayda keçiriləcək ənənəvi Amerika Kubokuna qatılacağı anlamına gəlir.

Xatırladaq ki, braziliyalı forvard ötən yaydan Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edir.

Neymar oktyabrın 18-də zədələnib. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin səfərdə Uruqvaya qarşı keçirdiyi matçda (0:2) sıradan çıxıb. Müayinə zamanı ön xətt oyunçusuna sol dizinin çarpaz bağlarının qırılması və menisk yırtığı diaqnozu qoyulub. O, ötən həftə əməliyyat olunub

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.