İdman

Azərbaycanlı karateçi 3-cü dəfə dünya çempionatının finalına yüksəldi

25 Oktyabr 2023 09:23
Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstanın paytaxtı Budapeştdə karate üzrə dünya çempionatına start verilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, ilk yarış günündə 4 çəkidə kişilərdə 84 və +84 kq, qadınlarda 68 və +68 kq çəki dərəcəsində döyüşlər keçirilir.

Azərbaycan millisi kumitedə bu çəkilərdən 3-də təmsil olunub. Onlardan İrina Zaretska finala yüksəlib.

Dünya çempionatı

Kişilər
84 kq
Turqut Həsənov ilk mərhələdə Mahir Cuhoya (Bosniya və Herseqovina) 0:4 hesabı ilə uduzub.

+84 kq
Asiman Qurbanlı startda Nuno Morieranı (Portuqaliya) mübarizədən kənarlaşdırıb - 5:1. Daha sonra o, Kosa Toması (Slovakiya) üstün olub. Təəssüf ki, həmyerlimiz 1/8 finalda Abylay Toltayla (Qazaxıstan) bacarmayıb. Rəqib 6:3 hesabı ilə qalib gəlib.

Qadınlar
68 kq

İrina Zaretska yarışa 1/16 finaldan qoşulub. Madeleine Şroeteri (Almaniya) 6:1 hesabı ilə məğlub edən dünya çempionumuz ardında avstriyalı Marina Vukoviçdən də güclü olub - 6:0. Zaretska 1/4 finalda amerikalı Skilar Linqlla üz-üzə gəlib. Gərgin keçən görüş təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İrina yarımfinalda indoneziyalı Georgia Ceyço ilə görüşü də aktivinə yazıb (5:5) və üçüncü dəfə dünya çempionatının finalına yüksəlib. Karateçimiz həlledici görüşdə isveçrəli Yelena Quriçini sınağa çəkəcək. Final oktyabrın 28-də olacaq.

Katada Roman Heydərov isə iki mərhələ keçib.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 29-da başa çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.