İdman

"Sabah" FIBA Avropa Kubokunda növbəti mərhədə

5 Oktyabr 2023 21:46
Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sabah" basketbol komandası FIBA Avropa Kubokunda müntəzəm çempionata vəsiqə qazanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi buna təsnifat mərhələsinin son oyununda Rumıniya klubu "Rapid"ə qalib gəlməklə nail olub - 90:71

"Sabah" qrup lideri kimi növbəti raunda yüksəlib.

Qeyd edək ki, Azərbaycan çempionu A qrupunun əvvəlki görüşlərində Niderland təmsilçisi "Donar"ı 75:72, Şimali Makedoniya klubu "Rabotniçki"ni isə 83:81 hesabı ilə məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.