İdman

Avropa Liqası: "Qarabağ" qələbə ilə başladı - YENİLƏNDİ

21 Sentyabr 2023 22:41
Baxış: 1 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə start verib.

Milli.Az report-a istinadən xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu ilk oyununu Norveç klubu "Molde"yə qarşı keçirib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün birinci hissəsi o qədər də sürətli alınmayıb. Nəticədə fasiləyə qədər qapılara qol vurmaq mümkün olmayıb.

Əvəzində ağdamlılar ikinci hissədə tempi artırıblar. Ardıcıl hücumlar 56-cı dəqiqədə bəhrəsini verib. Leandro Andrade qapı qarşısına ötürülən topu tora göndərərək, hesabı açıb. Bu qol həm də matçın taleyini həll edib. Qarşılaşmada başqa qol olmadığından, "Qarabağ" rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Qrupun digər oyununda Almaniyanın "Bayer" klubu öz meydanında İsveç təmsilçisi "Hakken"i 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün "Qarabağ" "Hakken"in, "Bayer" isə "Molde"nin qonağı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.