İdman

Şahruddinin yerinə o gəlir - "Qarabağ"dan AÇIQLAMA

8 Sentyabr 2023 15:35
Baxış: 13 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qapıçı Şahruddin Məhəmmədəliyevin "Adanaspor"a keçidindən sonra Ağdam təmsilçisi UEFA-ya yeni qolkiper sifariş edəcək.

Milli.Az xəbər verir ki, bunu Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın direktoru Əmrah Çəlikəl deyib.

Klub rəsmisi Şahruddinin əvəzinə UEFA-ya gənc "çərçivə" qoruyucusu Amin Ramazanovun adının göndəriləcəyini bildirib.

Hazırda "Qarabağ"ın 3 qapıçısı var. Bunlar bir müddət öncə "Bayer Leverkuzen"i Azərbaycan təmsilçisinə dəyişən Andrey Lunyov, Luka Quqeşaşvili və Amin Ramazanovdur.

Qeyd edək ki, ağdamlılar AL-in H qrupunda "Bayer Leverkuzen" (Almaniya), "Molde" (Norveç) və "Hekken"lə mübarizə aparacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.