"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Milli.Az report-a istinadən xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya "Partizan"ı ilə qarşılaşıb.
"Bank Respublika Arena"dakı görüş Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 2:0. Meydan sahiblərindən hər iki qolu Boyan Letiç vurub. Sol cinah müdafiəçisi 70 və 74-cü dəqiqələrdə fərqlənib. 69-cu dəqiqədə Aleksey İsayev penalti zərbəsindən yararlana bilməyib.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 17-də Belqradda baş tutacaq.
Milli.Az