İdman

Levandovski karyerasında 12-ci dəfə milli çempionatın qalibi olub

15 May 2023 08:30
Baxış: 1 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" klubunun hücumçusu Robert Levandovski keryerasında ardıcıl doqquzuncu, ümumilikdə 12-ci dəfə çempionluq titulu qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, futbolçu 2010-cu ildə "Lex" ilə Polşa çempionu olub. 2011-ci və 2012-ci illərdə "Borussiya"nın heyətində Almaniya çempionu adına sahib olub. Hücumçu, həmçinin 2015-2022-ci illərdə "Bavariya" klubu ilə Almaniya çempionatını birinci pillədə başa vurub.

Qeyd edək ki, "Barselona" La Liqanın XXXIV turu çərçivəsində "Espanyol"u 4:2 hesabı məğlub edərək xallarının sayını 85-ə çatdırıb. Çempionatın bitməsinə dörd tur qalmış turnir cədvəlində ikinci pillədə qərarlaşan "Real Madrid"in hesabında 71 xal var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.