İdman

“Neftçi”nin göndərdiyi legioner Azərbaycandan yeni təklif aldı

7 May 2023 22:34
Baxış: 1 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın "Şatoru" klubunun müdafiəçisi Romen Bask Azərbaycana qayıda bilər.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçiyə Premyer Liqamızda yarışan komandalardan maraq göstərənlər var.

Bask özü sportal.az-a açıqlamasında bunu etiraf edib. Lakin fransalı onunla maraqlanan klubun adını çəkmək istəməyib:

"Bəli, Azərbaycan klubundan təklifim var idi. Amma bütün fikrim hazırkı komandam ilə bağlıydı.

Azərbaycanın hansı klubunun məni transfer etmək istədiyini deyə bilmərəm. Bu, doğru olmazdı. Sirr kimi qalsa, daha yaxşıdır".

"Ruan", "Keviyi Ruan", "Havr" klublarında oynamış Bask 2021-ci ildə "Neftçi"yə keçmişdi. Amma o, şəxsi məsələlərə görə Fransaya qayıtmaq istədiyindən Bakıda çox qalmamışdı. Futbolçunun "Şatoru" ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.