Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilir.
Milli.Az matc.az-a istinadən bildirir ki, daha iki görüş baş tutub.
"Sivasspor"un "Başakşəhər"lə ev oyununda qalib müəyyənləşməyib. "Beşiktaş" isə "Girəsunspor"u qəbul edib və inamlı qələbəyə sevinib. Bu qələbə sayəsində xalını 55-ə çatdıran "qara qartallar" 2-ci pilləyə yüksəlib.
Türkiyə Super Liqası
28-ci tur
7 aprel
Konyaspor - Antalyaspor 1:1
Qol: M.Dəmir, 24 - Rayt, 45.
8 aprel
Ankaragücü - İstanbulspor 3:2
Qol: Sou, 10; 53. Diak, 24 - K.Şen, 47. Eyenqa-Lokilo, 55.
Kasımpaşa - Trabzonspor 2:0
Qol: Şuyar, 29. Eysserik, 76.
9 aprel
Sivasspor - Başakşəhər 1:1
Qol: L.Duarte, 37-öz qapısına - P.Şiş, 61.
Beşiktaş - Girəsunspor 3:1
Qol: V.Abubakar, 39; 45+5. Redmond, 54 - R.Bayiç, 21.
10 aprel
17:00. Kayserispor - Ümraniyəspor
21:30. Fatih Karagümrük - Fənərbaxça
Milli.Az