"Azərbaycan çempionatı bunu təkmilləşdirmək imkanı verir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bədii Gimnastika üzrə 28-ci Azərbaycan çempionatı idmançılarmıza aprel ayında ölkəmizdə keçiriləcək "AGF Trophy" Beynəlxalq Turniri və bədii gimnastika üzrə FIG Dünya Kuboku öncəsi öz proqramlarını təkmilləşdirmək imkanı verir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu cümə günü jurnalistlərə Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə deyib.
N.Məmmədzadə qeyd edib ki, bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı bu il ölkədə gimnastika növləri üzrə təşkil olunan üçüncü yerli yarışdır.
"Belə ki, fevral ayında batut və tamblinq, martın ortalarında kişilər və qadınlar arasında idman gimnastikası və akrobatika gimnastikası üzrə respublika yarışları keçirilib. Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının yarışları iki gün davam edəcək. Onlar fərdi proqramda çıxış edən gimnastlar arasında keçirilir, qrup komandaları isə nümunəvi çıxışlar təqdim edəcəklər", - AGF-nin baş katibi bildirib.
N.Məmmədzadə onu da əlavə edib ki, çempionatın iştirakçıları arasında Azərbaycan bədii gimnastikasının parlaq nümayəndələri - Zöhrə Ağamirova və yığma komandanın digər üzvləri var.
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı başlayıb.
Ən zərif gimnastika növünün nümayəndələri 24 və 25 mart tarixlərində bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatında qüvvələrini sınayacaqlar.
Yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, "Grasiya" İdman Klubu, "Zirə", Sumqayıtdan ümumilikdə 53 gimnast iştirak edəcək.
Çempionatda 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü böyükyaşlı idmançılar fərdi və qrup hərəkətləri proqramında qüvvələrini sınayacaqlar.
Fərdi gimnastlar arasında qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə (halqa, top, gürzlər, lent) müəyyənləşəcək. Qrup hərəkətləri komandaları 5 ip və 5 top (gənclər) və 5 halqa və 3 lent və 2 top (böyüklər) proqramında müsabiqədən kənar proqramlarını nümayiş etdirəcəklər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)





